Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehmet Nuri Ersoy: Bu Türkiyə tarixində ən önəmli tapıntıdır  

Türkiyənin Kütahya rayonunun Tavşanlı qəsəbəsində yerləşən Tavşanlı Höyükdə aparılan arxeoloji qazıntılar zamanı 3750 illik fayans silindr möhürü aşkar edilib...

Poliqon Ulusal.az-a istinadən xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Kütahyanın Tavşanlı rayonundakı Tavşanlı Höyükdə aparılan qazıntılarda şəhəri yerlə-yeksan edən hücumun izlərini daşıyan 3750 illik yanğın təbəqəsi tapılıb. Burada Assur Ticarət Koloniyaları dövrünün sonuna aid bir silindr möhürü də ortaya çıxıb. Möhürün Anadolunun ticarət tarixində əhəmiyyətli bir boşluğu doldurması gözlənilir.

Orta Anadoluda Kültəpə və Acemhöyük kimi böyük ticarət mərkəzlərindən məlum olan fayans silindr möhürlərinin Qərbi Anadoluda ilk nümunəsi olaraq qeydə alınan bu möhür şərqlə qərb arasında yeni ticarət yollarının mövcudluğunu açıq şəkildə meydana qoyur.

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabındakı paylaşımında 3750 illik silindir möhürünün üzə çıxarılmasının Anadolu tarixinə yeni işıq saldığını bildirərək deyib: “Bu dəyərli tapıntı Anadolunun şərq və qərb arasındakı ticarət yollarında mühüm rolunu ortaya qoyur. Tavşanlı Höyük mədəni irsimizin zənginliyini və müxtəlifliyini bir daha sübut etdi. Biz mədəni dəyərlərimizi hər yerdə qorumaq üçün əzmlə çalışmaqda davam edirik. Türkiyə və gələcəyə bir miras buraxırıq.”

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Ən çox oxunanalar